Azərbaycan mediası bu gün 151 yaşını qeyd edir. Ölkəmizdə jurnalistika uzun illərdir yalnız informasiya istehsal edən peşə kimi deyil, həm də dövlət idarəçiliyi üçün peşəkar kadrların yetişdiyi mühüm məktəblərdən biri kimi çıxış edir.
Qəzet redaktorları, televiziya aparıcıları, reportyorlar, analitiklər və media menecerləri illər ərzində qazandıqları təcrübəni sonradan parlamentdə, dövlət qurumlarında, ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində davam etdiriblər.
Xüsusilə son illərdə dövlət qurumlarının kommunikasiya və ictimaiyyətlə əlaqələr bölmələrində jurnalistika təcrübəsi olan şəxslərə üstünlük verməsi bu tendensiyanı daha da gücləndirib. Çünki media sahəsində çalışan şəxslər operativ qərarvermə, ictimai rəyin təhlili, böhran kommunikasiyası və cəmiyyətlə effektiv dialoq qurmaq baxımından mühüm təcrübəyə malik olurlar.
Bəs jurnalistikadan dövlət idarəçiliyinə keçən simalar kimlərdir?
NOCOMMENT.az mediadan dövlət idarəçiliyinə və siyasətə keçən bəzi tanınmış şəxslərin siyahısını təqdim edir:
İbrahim Məmmədov
AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İbrahim Məmmədov 2012-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib. İ.Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb.
O, uzun illərdir ki, Nazirlər Kabinetinin mətbuat katibidir. modern.az









