Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat verib.

Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir.

"Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur. Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.