Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində keçirilən əməliyyatlar davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Pravda.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, saxlanılanlar arasında məşhur aktrisa Ezgi Eyüboğlu da var.
Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa saxlanıldı
İstintaq çərçivəsində Eser Küçükerol və İsmayıl Ahmet Akça barəsində “Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti”, Saadet Ezgi Eyyüboğlu barəsində “İstifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, qəbul etmək və ya saxlamaq”, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü barəsində “Fahişəliyə təhrik və vasitəçilik etmək”, Saim Macit barəsində isə 6136 saylı “Odlu silahlar qanunu”nu pozma ittihamı üzrə məhkəmə prosesi başlanıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı bir ədəd lisenziyasız tapança, bir ədəd lisenziyalı tapança, bir ədəd boş tapança, 16 ədəd boş patron, üç ədəd tapança patronu, səkkiz ədəd “Lyrica” həbi (111 kapsul daxil olmaqla), dörd ədəd kristal formada narkotik maddə, içində narkotik maddə olduğu hesab edilən 51 ədəd patron qutusu, beş şüşə maye, çox sayda narkotik istifadəsi aparatı və üyüdücülər müsadirə edilib.












