Türkiyənin tanınmış musiqiçisi vəfat edib

Türkiyənin tanınmış musiqiçisi vəfat edib

Türkiyə musiqi sənətinin tanınmış siması Muazzez Abacı 78 yaşında, öz doğum günündə vəfat edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilib ki, sənətçi bir neçə gün əvvəl qəfil ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Muazzez Abacı 1947-ci il noyabrın 12-də Ankarada doğulub. 1973-cü ildən sənətdədir. Karyerası boyunca çoxsaylı musiqi mükafatlarına layiq görülüb, Türkiyədə “Türk sənət musiqisinin kraliçası” kimi tanınıb.