Roma Papası XIV Lev ABŞ-ın İrana hücumunu kəskin tənqid edərək, bu addımı Vaşinqtonun “hər şeyə qadir olma illüziyası” ilə əlaqələndirib. Müqəddəs Pyotr bazilikasında çıxış edən Papa dünyanı sülhə çağırıb və “özünə pərəstiş”, “pula sitayiş” və “güc nümayişi” kimi amilləri pisləyib.
NOCOMMENT.az xəbər verir ki, Qərb mediası Papanın “pərəstiş”lə bağlı fikirlərini birbaşa ABŞ Prezidenti Donald Trampa ünvanlanmış eyham kimi qiymətləndirib. Tarixdə ilk Amerikalı Papa olan XIV Lev bu bəyanatı ilə diqqətləri yenidən öz üzərinə çəkib.
Qeyd edək ki, XIV Lev bundan əvvəl də dəfələrlə ABŞ administrasiyasının yürütdüyü siyasəti sərt şəkildə tənqid etməsi ilə gündəmə gəlib.
Sara,
NOCOMMENT.az











