Zambiyanın vitse-prezidenti Mutale Nalumangonu daşıyan helikopter havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
NOCOMMENT.az xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində ciddi xəsarət alan yoxdur və vitse-prezident Mutale Nalumango hadisədən sağ-salamat xilas olub. Hadisənin təfərrüatları və helikopterin qəzaya düşmə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Əli Səfərli,
NOCOMMENT.az











