Neft bahalaşdı

Neft bahalaşdı

Dünya bazarında xam neftin qiyməti ötən sessiyada qeydə alınan enişdən sonra yenidən cüzi bahalaşma istiqamətində hərəkət edir.

NOCOMMENT.az xəbər verir ki, Londonun ICE Futures birjasında "Brent" markalı neftin sentyabr fyuçersləri 0,41% (0,31 dollar) artaraq bir barel üçün 76,61 dollara çatıb. Xatırladaq ki, cümə axşamı ticarətinin sonunda bu markanın qiyməti 2,2% geriləyərək 76,3 dollara düşmüşdü.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarət zamanı isə "WTI" markalı neftin avqust fyuçersləri 0,44% (0,32 dollar) bahalaşaraq 72,4 dollar səviyyəsində qərarlaşıb. Ötən sessiyanın yekunlarına görə, bu markanın dəyəri 2% azalaraq 72,08 dollaradək enmişdi.

Əli Səfərli,
NOCOMMENT.az