Vizasız gediş-gəlişi ləğv edən yeni qaydalar təsdiqləndi

Vizasız gediş-gəlişi ləğv edən yeni qaydalar təsdiqləndi

Avropa İttifaqı (Aİ) səfirləri təşkilatın təhlükəsizliyinə risk yaradan və ya insan hüquqlarını pozan üçüncü ölkələr üçün öz ərazisinə vizasız gediş-gəlişin ləğvi prosesinin sadələşdirilməsinə dair yeni qaydaları təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun redaktoru Rikard Cozvyak X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, dekabr ayından etibarən qüvvəyə minəcək qərar Gürcüstan pasportu sahiblərinin müəyyən qruplarına şamil edilə bilər.

“Səfirlər Aİ vizasının liberallaşdırılmasının dayandırılmasını yüngülləşdirmək üçün indicə “yaşıl işıq” yandırdılar”, – deyə jurnalist əlavə edib.

Xatirə SADİQ