Vuçiçdən müharibə proqnozu – “Hamı buna hazırlaşır”

Vuçiçdən müharibə proqnozu – “Hamı buna hazırlaşır”

“Faktları təhlil etdikcə belə qənaətə gəlirəm ki, Avropa ilə Rusiya arasında müharibə ehtimalı getdikcə artır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Pink telekanalına müsahibəsində Serbiya prezidenti Aleksandr Vuçiç Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyen Mandonun Rusiyanın qitədə müharibəni davam etdirmək üçün “tamaha uya biləcəyi” açıqlamasına münasibət bildirərkən deyib.

“Bu, boş sözlər deyil. Hamı buna hazırlaşır. Bunu son dərəcə məsuliyyətli general deyib”, – deyə Serbiya prezidenti vurğulayıb.

Vuçiç qeyd edib ki, ölkənin müdafiə qabiliyyətinə investisiya qoyuluşunu davam etdirmək vacibdir.

Xatirə SADİQ