“ABŞ-nin irəli sürdüyü, tədricən uranın zənginləşdirilməsinin dayandırılmasını nəzərdə tutan təklif Tehran üçün müstəqillik prinsiplərini pozur”.
NOCOMMENT.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Əli Xamenei deyib.
“Amerikalılara və digər tərəflərə deyirik: niyə siz müdaxilə edir və İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyinə qərar verməyə çalışırsınız? Bu sizin işiniz deyil,” – deyə Xamenei açıqlamasında bildirib.
ABŞ isə hələ İrana rəsmi cavab verməyib. ABŞ tərəfi təklifin rədd olunmasını və həftəsonu baş tutacaq danışıqlarda müzakirələrin davam etdirilməsini gözləyir.
Aliyə












