Zelenski Londona səfər etdi

Zelenski Londona səfər etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə bir sıra görüşlər keçirmək üçün Böyük Britaniyaya səfər edib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski Britaniyanın Baş naziri Kir Starmer, Fransanın Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Fridrix Mertslə görüşəcək.

Londondan sonra o, NATO-nun baş katibi Mark Ryutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlar aparmaq üçün Belçikaya yola düşəcək. Aİ, AK və NATO rəhbərliyi ilə görüşlər mətbuata qapalı keçiriləcək.