Sumqayıtda qadın meyiti aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Bulvar ərazisində yerləşən Levent yaşayış kompleksində qeydə alınıb.
1970-ci il təvəllüdlü Şəhla Əbdüləzim qızı Babayevanın meyiti yaşadığı mənzildə aşkar edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır./Teleqraf/











