Ağdamı yandıran PUA ilə TUTULDU - ANBAAN VİDEO

Ağdamı yandıran PUA ilə TUTULDU - ANBAAN VİDEO

Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub.

Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.

İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.