Bakıda dəhşətli qəza, ölən var - VİDEO

Bakıda dəhşətli qəza, ölən var - VİDEO

Bakının Xəzər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Buzovna şossesində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil əvvəlcə "Kamaz" markalı yük maşınına, daha sonra isə dəmir məhəccərə çırpılıb.

Avtomobili idarə edən şəxs hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.