Ekvador süni intellektdən istifadə etməklə korrupsiyaya qarşı mübarizə aparacaqbackend

Ekvador süni intellektdən istifadə etməklə korrupsiyaya qarşı mübarizə aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvador hakimiyyəti korrupsiya ilə mübarizə üçün süni intellektdən istifadə etməyi planlaşdırır.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş Nəzarət İdarəsinin rəhbəri Maurisio Torres bildirib.

“Dövlət qulluqçularının bəyannamələrinin təhlili zamanı resursların optimallaşdırılması üçün süni intellektdən istifadə edilməsi planlaşdırılır”, – idarənin “X” hesabında Torresə istinadən məlumat verilib.

Nəzarət idarəsinin rəhbərinin sözlərinə görə, süni intellekt məmurların bəyannamələrində aktivlərin qeyri-adi artımını müəyyən etmək üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Ekvadorda dövlət qurumlarında korrupsiya ilə mübarizəyə yönəlmiş genişmiqyaslı “Metastazlar” əməliyyatı aparılır.