TƏCİLİ: Ərdoğan Nazirlər Kabinetini topladı – İclas keçirir –  VİDEO

TƏCİLİ: Ərdoğan Nazirlər Kabinetini topladı – İclas keçirir – VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclas Prezident Kompleksində baş tutub.

Toplantıda ölkə iqtisadiyyatındakı son vəziyyət, inflyasiya ilə mübarizə tədbirləri və vətəndaşların rifahının artırılması istiqamətində atılan addımların müzakirə edildiyi bildirilir.

Məlumata görə, iclasın gündəmində terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi və regional inkişaflar da mühüm yer tutur.

Bununla yanaşı, regionda baş verən son hadisələr, Türkiyənin xarici siyasəti və diplomatik təşəbbüsləri də Nazirlər Kabineti tərəfindən geniş şəkildə qiymətləndirilir.

İclasdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın qəbul olunan qərarlar və gündəmdəki məsələlərlə bağlı ictimaiyyətə açıqlama verəcəyi gözlənilir.

NOCOMMENT.az