Erməni hərbçilərin qalıqları xaricə GÖNDƏRİLDİbackend

Erməni hərbçilərin qalıqları xaricə GÖNDƏRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda tapılan 20-yə qədər erməni hərbçinin qalıqları şəxsiyyətlərini müəyyən etmək üçün xaricə göndərilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesysan açıqlama verib.

“20-dən çox şəxsin qalıqları tanınması üçün xaricə göndərilib. Bu proses bir qədər uzun çəkir, amma valideynlərin dəqiq öz övladlarını dəfn etməsi baxımından bu vacibdir”, – deyə nazir söyləyib.

Ermənistan baş naziri Nikol Paşinyan iyunun 18-də etdiyi çıxış zamanı Qarabağda rəsmən ölümü təsiqlənən 3 705 hərbçinin olduğunu deyib.