Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ-a gedəcəkbackend

Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ-a gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək. 
NOCOMMENT.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli şəxslərlə görüşü nəzərdə tutulub.
Qeyd olunub ki, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, iyunun 27-29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar.
Vaşinqtonda onlar ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
NOCOMMENT