Ermənistanda alkoqollu içkidən kütləvi zəhərlənmə: Artıq ondan çox erməni ölübbackend

Ermənistanda alkoqollu içkidən kütləvi zəhərlənmə: Artıq ondan çox erməni ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Armavir şəhərində avqustun 31-də və sentaybrın 1-də 11 nəfər saxta alkoqollu içkidən zəhərlənərək ölüb.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu gün Armavirdə satılmayan alkoqollu içkilər partiyası ələ keçirilib və vətəndaşların əldə etdikləri partiyaların tapılması və müsadirə edilməsi üçün də addımlar atılır. Zəhərlənmənin ilkin versiyasına və əlamətlərinə görə, söhbət metil spirtindən zəhərlənmədən gedir.

Laboratoriya müayinəsi üçün bu arağın ələ keçirilmiş partiyasından nümunələr verilib.

Daha sonra İstintaq Komitəsi Armavir şəhər sakini Aşot Hovsepyandan spirt almış vətəndaşları spirtli içki qəbul etməməyə və İstintaq Komitəsinin Armavir Regional İstintaq İdarəsi ilə əlaqə saxlamağa çağırıb.

Armavir şəhərinin bir sıra sakinlərinin mənşəyi bilinməyən, istehlakçıların həyatı və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən spirtli içki aldıqları, nəticədə hamısının zəhərləndikləri ortaya çıxıb.

Səhiyyə Nazirliyi bildirib ki, hazırda 11 ölüm qeydə alınıb, 3 nəfərin vəziyyəti isə ağırdır – ilkin məlumatlara görə, ölümə səbəb alkoqol zəhərlənməsidir.

Həyata keçirilən tədbirlər nəticəsində Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Hovsepyan təhlükəsizlik tələblərinə cavab verməyən mal satmaqda şübhəli bilinərək tutulub.