Tanınmış jurnalist Eynulla Fətullayev sahibi olduğu rusdilli haqqın.az saytını satıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə baş redaktor dünən axşam saatlarında kollektivlə vidalaşıb.
Məlumatda bildirilir ki, Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.
Qeyd edək ki, Eynulla Fətullayev həbsdən azad ediləndən sonra adıçəkilən media quruluşunu yaratmışdı. (Yeni sabah)










