“Fənərbaxça”da transfer BOMBASIbackend

“Fənərbaxça”da transfer BOMBASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Transfer mövsümündə çox aktiv bir dövr keçirən və heyətinə bir çox ulduz adını qatan “Fənərbaxça” sürəti artırmağa davam edir. 

NOCOMMENT.az xəbər verir ki, sarı-göylər Dzeko, Tadiç, Becao, Kent, Djiku kimi ulduz adlarla yanaşı, öz sıralarına daha bir ulduz əlavə etməyə hazırlaşır.

“Fənərbaxça” Donetsk “Şaxtyor”undan ayrılan Tete ilə transfer danışıqları aparır.

23 yaşlı oyunçu və nümayəndəsinin İstanbuldakı danışıqlardan sonra Bodruma istirahətə gedəcəkləri və təklifləri dəyərləndirərək orada qərara gələcəkləri iddia edilib.

Almaniyanın “Transfermarkt” futbol portalının məlumatına görə, bazar dəyəri 23 milyon avro olan ulduz futbolçu Ukrayna təmsilçisi “Şaxtyor Donetsk”dən ayrılıb.