Fransa Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracaqbackend

Fransa Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Naziri Gerald Darmanin “Twitter” hesabından verdiyi açıqlamada, Fransanın Türkiyədəki zəlzələlər səbəbilə göndərdiyi 136 nəfərlik xilasetmə qruplarına əlavə olaraq prezident Emmanuel Makronun göstərişi ilə təhlükəsiz səhra xəstəxanası qurmağı öhdəsinə götürdüyünü bildirib.

Xəstəxanada yanğınsöndürənlər də daxil olmaqla hərbi mülki müdafiə təliminə cavabdeh olan 81 personalın çalışacağını bildirən Darmanin bu öhdəliyin Avropa həmrəyliyi çərçivəsində alındığını bildirib.

Darmanin xəstəxananın zəlzələdən zərər çəkənlərin ehtiyacları istiqamətində tikiləcəyinə diqqət çəkib.

Qeyd edək ki, Fransanın daha əvvəl Kahramanmaraşdakı zəlzələlər üçün 2 təyyarə ilə Adanaya göndərdiyi 136 nəfərdən ibarət 2 alt-üst axtarış-xilasetmə qrupuna əlavə olaraq üçüncü təyyarəni 61 yanğınsöndürən, 2 həkim, 4 tibb bacısı, 1 baytar və 6 xüsusi təlim keçmiş itlə yola salıb.