Fransada zəlzələdən zərər çəkənlər üçün toplanan ianələr 10 milyon avronu keçibbackend

Fransada zəlzələdən zərər çəkənlər üçün toplanan ianələr 10 milyon avronu keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Suriyada fəlakət qurbanları üçün Fransada başladılan kampaniyada indiyədək 10 milyon avrodan çox vəsait toplanıb.

NOCOMMENT xəbər verir ki, martın 14-də paytaxt Parisdə aralarında Pianoçu Fazıl Sayın da olduğu dünyaca məşhur sənətçilərin konserti ilə başlayan ianə ilə bağlı Fransanın Türkiyədəki səfirliyinin Twitter hesabından açıqlama verilib.

Türk və Suriya xalqlarına dəstək məqsədilə martın 14-də Paris Olympia Konsert Salonunda bir çox sənətçinin iştirakı ilə təşkil edilən konsertlə başlayan yardım kampaniyasında indiyədək 10 milyon avrodan çox ianə toplandığı bildirilib.