“Georgi lenti” taxan sabiq prezident CƏZALANDIRILDIbackend

“Georgi lenti” taxan sabiq prezident CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın sabiq prezidenti İqor Dodon Kişinyovda keçirilən “Ölməz alay” yürüşündə “Georgi lenti” taxdığına görə cərimələnib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı TASS agentliyinə məlumat verib.

İqor Dodon ona kəsilən cərimənin məbləğini açıqlamayıb.

“Onların qadağan olunması nəinki konstitusiyaya zidd, həm də ayrı-seçkilik, antidemokratik və cəmiyyətimizi süni şəkildə parçalamaq məqsədi daşıyır, qanunun ləğvinə nail olacağıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, aprelin sonunda Moldovada “Müqəddəs Georgi” lentinin, eləcə də Z və V simvollarını qadağan edən qanun qəbul olunub. Sözügedən simvolların qadağan edilməsi Rusiya ordusunun Ukraynadakı müharibə zamanı onlardan istifadə etməsi ilə əlaqədardır.
modern.az