Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə yeni qubernator təyin olunubbackend

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə yeni qubernator təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə yeni qubernator təyin olunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu vəzifəyə 33 yaşlı Giorgi Doxturişvili təyinat alıb.

O, bu ilin sentyabrından vəzifəsindən istefa vermiş Şota Rexviaşvilinin müavini vəzifəsində çalışıb.

Yeni quberantor bu gündən vəzifəsinin icrasına başlayıb.

Yayılan məlumatlara əsasən, 2018-ci ildən Kvemo Kartlidə dövlət səlahiyyətlisi olmuş Ş.Rexviaşvili fəaliyyətini Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin idarəsində davam etdirəcək.