İranın məhkəmə sistemi ilə əlaqəli olan "Mizan" agentliyinin yaydığı məlumata görə, ölkənin strateji sahələrindən biri olan aerokosmik sahədə çalışan 29 yaşlı Erfan Şakurzadə edam edilib. Gənc mütəxəssis ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunub.
NOCOMMENT.az xəbər verir ki, Erfan Şakurzade İranın peyk texnologiyaları və kosmik tədqiqatlar aparan elmi müəssisələrindən birində yüksək vəzifədə çalışıb. İstintaq materiallarına əsasən, o, vəzifə səlahiyyətlərindən istifadə edərək İranın peyk sistemləri, raket texnologiyaları və digər məxfi elmi layihələri barədə strateji məlumatları xarici kəşfiyyat orqanlarına ötürüb.
Məhkəmənin qərarı ilə "yer üzündə fəsad törətmək" və "dövlətə xəyanət" maddələri üzrə təqsirli bilinən Şakurzadenin barəsində çıxarılan ölüm hökmü bu gün səhər saatlarında icra edilib. Rəsmi Tehran bu addımı ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması kimi qiymətləndirib.
Sara,












