45 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

45 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Biləsuvarda qonşusuna kəsici-deşici alətlə xəsarət yetirən kişi saxlanılıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Novruz İmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***21.10.2025    22:40

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon mərkəzində, avtovağzal ərazisində baş verib.

Rayonun Ovçubərə kənd sakini 1980-cı il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov həmkəndlisi 32 yaşlı İmanov Novruz Müstəcəb oğlu tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan R. Mikayılov rayon xəstəxanasına hospitalizasiya olunub.

İlkin versiyada, hadisəyə səbəb həmkəndlilər arasında davam edən ədavət olub.

R.Mikayılovun Bakıdan gəlməsini eşidən qonşusu onu taparaq bıçaqlayıb.