Pirşağıda dənizdə batan qadın müəllim imiş

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş.

NOCOMMENT.az xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı

Abbasova Kəlbəcər rayon 84 saylı orta məktəbin tarix müəllimi olub.

Bildirilib ki, R.Abbasovanın şagirdləri ali məktəblərə yüksək balla qəbul olunub.

Qeyd edək ki, ölüm faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.