50 aptekdə yoxlama – Nöqsanlar aşkarlandı

50 aptekdə yoxlama – Nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb.

NOCOMMENT.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.