Amur pələngi avtomobil qəzasında ölüb

Amur pələngi avtomobil qəzasında ölüb

Rusiyanın Primorsk vilayətində Amur pələngini avtomobil vurub.

NOCOMMENT.az xəbər verir ki, magistral yolda avtomobilin onunla toqquşması nəticəsində Amur pələngi ölüb, qadın sürücü tibb müəssisəsinə aparılıb.

“Artem-Naxodka-Vostoçnıy Limanı avtomobil yolunun 155-ci kilometrliyində pələng gözlənilmədən yol kənarından yolun hərəkət hissəsinə tullanıb”.