Astarada ağır qəza: ölən və xəsarət alanlar var

Astarada ağır qəza: ölən və xəsarət alanlar var

Astarada ağır yol qəzası baş verib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi saat 11 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb. Astara rayonunun Kijəbə qəsəbə sakini 1992-ci il təvəllüdlü Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi, Astara rayonunun Təngərüd kənd sakini 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun idarə etdiyi “Mercedes-190” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “Mercedes-190” markalı nəqliyyat vasitəsinin sürücüsü K.Məmmədov hadisə yerində ölüb. “Niva”nın sürücüsü və nəqliyyat vasitəsində sərnişin qismində olan Astara rayon Kijəbə qəsəbə sakini 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. İlkin tibbi müayinədən sonra hər iki yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə təxliyə olunublar.
Yaralıların müayinəsi müvafiq şöbədə davam etdirilir.

Qəza nəticəsində ölən Kamran Məmmədovun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.