Avtomobil qəzası yanğına səbəb oldu

Avtomobil qəzası yanğına səbəb oldu

Bakıda iki avtomobil toqquşub.

Bu barədə NOCOMMENT.aza Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda “Porsche” və “Fiat” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.