Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.
NOCOMMENT.az xəbər verir ki, olimpiya çempionumuzun1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmamasına səbəb çəkisini sala bilməməsi olub.
Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə ilkin raundlarda məğlub olublar.
Qeyd edək ki, Hidayət Heydərovun turnirdən kənarda qalması xəbərini ilk "Report" yayıb.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.










