Azərbaycanda DƏHŞƏTLİ yanğın başladı - VİDEO

Azərbaycanda DƏHŞƏTLİ yanğın başladı - VİDEO

Kürdəmir rayonunda meşəlik ərazidə yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, ilkin məlumata görə, yanğın qısa müddətdə geniş əraziyə yayılmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Əraziyə əlavə texnika və canlı qüvvənin göndərildiyi bildirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.