Lənkəranda bir nəfərin şəlalədə çimərək boğulması barədə məlumat daxil olub.
NOCOMMENT.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun ucqar dağ kəndi olan Biləsərdə baş verib.
FHN-nin Cənub Regional Mərkəzinə Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub.
Dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda, şəlalədə batan şəxsin çıxarılması və onun kimliyi barədə axtarışlar aparılır.
NOCOMMENT.az












