15 günlük matəm elan olundu - Bu ölkədə

15 günlük matəm elan olundu - Bu ölkədə

Tailand hökuməti Kral Maha Vajiralongkornun (X Rama) böyük qızı Şahzadə Phatchara Kittiyaphanın vəfatından sonra 15 günlük milli matəm elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə krallıq kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Şahzadə ürək problemi ilə əlaqədar olaraq 15 dekabr 2022-ci ildən bəri koma vəziyyətində olub və klinikada müalicə alıb.

"Tibb işçilərinin diqqətli qayğısına baxmayaraq şahzadənin vəziyyəti tədricən pisləşib. O, 11 iyun 2026-cı il, 47 yaşında Tailand Qırmızı Xaç Cəmiyyətinin Kral Çulalongkorn Memorial Xəstəxanasında dinc şəkildə vəfat edib", - məlumatda qeyd olunub.