ABŞ Prezidenti Donald Tramp guya ABŞ qüvvələrinin Hörmüz boğazında Hindistan tankerinə zərbə endirməsi barədə məlumatları təkzib edib və hadisəyə görə məsuliyyəti İranın üzərinə qoyub.
NOCOMMENT.az xəbər verir ki, ABŞ lideri bunu "Truth Social" şəbəkəsində yazıb.
"Onlarla (İranla - red.) vicdanlı iş görmək kimi bir anlayış mövcud deyil. Onların ötən gecə Hörmüz boğazını tərk edən Hindistan gəmilərinə qarşı həyata keçirdikləri və tam dəf edilmiş dron hücumu tamamilə qəbuledilməzdir. Onlar tez bir zamanda özlərini ələ almalıdır!", - o yazıb.











