Azərbaycanda həkim faciəvi şəkildə ÖLDÜ

Azərbaycanda həkim faciəvi şəkildə ÖLDÜ

Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.