“Bakı Bus” avtobusu bulvara girdi – ANBAAN VİDEO

“Bakı Bus” avtobusu bulvara girdi – ANBAAN VİDEO

21.10.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən halı pis səbəbilə çağırış daxil olub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir”- deyə TƏBİB-dən əlavə edilib.

***

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə NOCOMMENT.az -a “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

“Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb”,- o vurğulayıb.

***

Bakıda “Bakı Bus”a məxsus sərnişin avtobusu qəza törədib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

Bildirilib ki, avtobus yoldan çıxaraq, Dənizkənarı Milli Parkdakı ağaca çırpılıb.

Avtobusa ciddi ziyan dəyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, xəsarət alan olmayıb.

Məlumata görə, hadisə saat 10:40 radələrində Neftçilər prospektində baş verib. “Bakı Bus”a məxsus 125 saylı xətt üzrə hərəkət edən avtobus idarəetmənin itməsi nəticəsində maneələrə toxunub və qəza baş verib.

Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.