Bakı-Şamaxı avtomobil yolunun bir hissəsində asfalt qatı çöküb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə məlumat daxil olub.
Vətəndaşların sözlərinə görə, çökmə sözügedən yolda Bakı istiqamətində qeydə alınıb:
"Bakı-Şamaxı yolunda Cəngi kəndindən üzü Bakı istiqamətində yolun bir hissəsi çöküb.
Bu hal sürücülərin hərəkətinə çətinlik və təhlükə yaradır. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik".












