Böyükşor–Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, qəza nəticəsində avtomobil iki hissəyə bölünüb.
Belə ki, nəqliyyat vasitəsinin hissələrindən biri hadisə yerindən təxminən 100 metr uzaqlığa düşüb.
Məlumata görə, qəza zamanı avtomobildə yanğın baş verib. Həmçinin zərbənin təsirindən yolkənarı dirəklərdən biri yerindən qopub.
Hadisə yerinə polis, yanğınsöndürənlər və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbi məlum deyil. Qəza nəticəsində xəsarət alan olmayıb. (Bakues.az)











