Bakıda fəaliyyət göstərən şərab evlərindən birində satılan meyvə şirəsi alıcını peşman edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Şikayətçinin sözlərinə görə, tetrapakda olan meyvə şirəsini evə gətirib açdıqda içindən naməlum və iyrənc bir maddə aşkar edib. Bu mənzərə onun və ailəsinin ciddi narahatlığına səbəb olub.
Alıcı bildirib ki, həmin məhsulun istehsal tarixi hələ keçməyib.












