Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
***
İyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Araşdırmalar davam etdirilir.












