Bakıda məşhur restoranda yanğın – VİDEO

Bakıda məşhur restoranda yanğın – VİDEO

FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən “Şaurma 1” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

NOCOMMENT.az xəbər verir ki, iqtisadiyyat.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Şaurma 1” restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.