Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub.
NOCOMMENT.az-ın məlumatına görə, ölən şəxs 2010-cu il təvəllüdlü Zəhra Pərvin qızı İsrafilovadır.
Hadisə zamanı evdə 4 nəfər - ana və 3 övladı olub. Z.İsrafilova partlayış olan otaqda olduğundan hadisə nəticəsində dağıntılar altında qalaraq ölüb.
Ailənin daha bir üzvü isə dağıntılar altından sağ çıxarılıb.












