Bakıda yanğın baş verən ərazidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub – FOTO

Bakıda yanğın baş verən ərazidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub – FOTO

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun “28 May” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a NİİM-dən bildirilib.

Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.