Bədbəxt hadisə: 44 yaşlı kişi ağacdan yıxılıb öldü

Bədbəxt hadisə: 44 yaşlı kişi ağacdan yıxılıb öldü

Zaqatalada bədbəxt hadisə baş verib.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, bu gün saat 13 radələrində Zaqatala rayonu Mamrıx kənd sakini, 44 yaşlı İslam Davudov yaşadığı kənddə şabalıd yığarkən ağacdan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.