Xalq artisti Mələkxanım Eyubovanın həyat yoldaşı Xosrov Nəcəfovun yeni görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
NOCOMMENT.az xəbər verir ki, videonu sənətçinin oğlu Cəfər sosial mediada yayıb.
Kadrlarda Cəfərin oğlu Adil və babası Xosrov Nəcəfovun bağda birlikdə meyvə yığdığı anlar əks olunub. Səmimi ailə görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Mələkxanım Eyubova və Xosrov Nəcəfovun dörd övladı var. Ailə ilə bağlı paylaşımlar tez-tez sosial şəbəkələrdə gündəmə gəlir. Axşam.az











