Biləsuvar sakini həmyerlisini güllələyib

Biləsuvar sakini həmyerlisini güllələyib

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu öz həmyerlisi güllələyib.

Ayağından xəsarət alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.