Bakıda anbarda baş verən yanğın söndürüldü – YENİLƏNİB

Bakıda anbarda baş verən yanğın söndürüldü – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.

FHN-dən NOCOMMENT.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən verilən xəbərə görə, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək./Apa